AVTO

19 Mart

Köhnə maşınlar ləğv olunacaq? - AÇIQLAMA

Köhnə avtomobillərin mühərriklərinin işləməsi zamanı əmələ gələn yanma məhsullarında zəhərli maddələrin miqdarı yeni avtomobillərə nisbətdə dəfələrlə çox olur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda qeyd olunur ki, bu təhlükə yol nəqliyyat hadisələrində də özünü qabarıq şəkildə göstərir. Yəni hər hansı bir qəza baş verəndə istismar müddətini başa vurmuş, nasaz avtomobil daha ağır nəticələr verir. Eyni zamanda bu nəqliyyat vasitələri digərləri üçün də təhlükə mənbəyidir.

Bununla bağlı Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının əsasən hal-hazırda utilizasiya proqramı hazırlanır və tezliklə icrası həyata keçirələcək.