AVTO

19 Mart

Bentley Continental modelinin debüt tarixini açıqlayıb - VİDEO

Dəbdəbəli və güclü avtomobillərin aşiqləri səbirsizliklə yeni nəsil Bentley Continental GT Speed modelinin təqdimatını gözləyirlər.

Speed indeksini daşıyan yeni “bərkgedən” model yaxın günlərdə, daha dəqiq desək, 23 mart tarixində təqdim edilməlidir. İstehsalçı “bərkgedən” modelin “qeyri-adi səyahətləri həyata keçirmək üçün yüksək səviyyəli texnologiyalara malik olan şassini” aldığını iddia edir. Bunun təsdiqi olaraq, Bentley şirkəti Continental GT Speed modelinin mühərrikinin səsi olan videotizeri dərc edib.

Mühərrik güclü səsə malikdir və yarış avtomobillərində olduğu kimi, akseleratorun buraxılması “çırtıltılar” ilə müşayət olunur.