Məşhur Enzo Ferrarinin ən gözəl avtomobil adlandırdığı əfsanəvi Jaguar E-Type modeli 60 illik yubileyini qeyd edir.
Modelin təqdimatı 15 mart 1961-ci ildə Cenevrə avtosalonunda keçirilib. Bu il Cenevrədəki sərgisi pandemiya səbəbi ilə ləğv edildiyinə baxmayaraq, Jaguar belə bir əhəmiyyətli tarixi qeyd etmək qərarına gəlib.
Dekabr ayında, müasir Jaguar F-Type sportkarının bayram versiyasının buraxılacağı elan edilib. E-Type modelinin zəngin həvəskarları üçün isə 12 tarixi avtomobildən ibarət dəst hazırlanıb.