AVTO

16 Mart

Elektrik avtomobillərin idxalını necə asanlaşdırmaq olar? - AÇIQLAMA

Azərbaycana elektriklə çalışan avtomobillərin idxalının artırılması istiqmətində bu günə kimi az addım atılıb, o da elektrik mühərriki ilə çalışan avtomobillərin gömrük rüsumlarının 15 faizə endirilməsidir.

Bunu ekspert Eldəniz Cəfər deyib. O, qeyd edib ki, bu stimullaşdırıcı bir addım sayıla bilməz, belə olsaydı, burada sözügedən avtomobillər ƏDV-dən və digər rüsumlardan tam azad olunmalı idi:

“Digər ekoloji təmiz nəqliyyat növü isə - bunlar hibrid və hidrogenlə çalışan nəqliyyat vasitələridir ki, bunlar üçün hər hansısa güzəşt, stimullaşdırıcı addımlar atılmayıb. Mən düşünrəm ki, bu il kateqoriyadan olan avtomobilləri ölkəyə gətimək üçün stimullaşdırıcı və həvəsləndirici addımlar atmaq üçün sonuncu ildir. Növbəti ildən artıq bizim vətəndaşlar ekoloji təmiz nəqliyyat növlərini sadələşmiş qaydalarla ölkəyə gətirməyə nail olmalıdır. Belə ki, 2021-ci il avtomobil sənayəsində bir dönüş ilidir. Artıq avtomobil sənayəsində şaxələnmə gedir, benzin və dizel epoxası geridə qalıb. BMT-nin inkişaf etmiş ölkələrin qarşısına qoyduğu proqrama əsasən, artıq ekoloji təmiz avtomoibillərə keçid edilir. Böyük avtomobil sənayəçiləri də bu qaydaya uyğun hərəkət edir. Ona görə də ekoloji təmiz avtomobillərə keçid dövrü başlayıb və biz də bu prosesin içindəyik”.

Ekspert bildirib ki, Azərbaycanda elektromobillərin ölkəyə idxalını stimullaşdırmaqla yanaşı, sahibkarlar üçün də bir addım atıla bilər:

“Gömrük rüsumnlarını endirmək, onu simvolikləşdirmək və daxildə vətəndaşlar üçün həvəsləndirici addımlar atmaq lazımdır ki, insanar arasında ekoloji təmiz avtomobillərə böyük maraq olsun. Biz dövlət tərəfindən avtomobilin 20 fazinin ödənilməsini istəmirik. İstəmərik dövlətə buna görə yük düşsün, istəyimiz odur ki, avtomobillərə verilən kreditlərin ilkin ödənişi və illik faizləri azaldılsın.

Bu işdə də hər iki tərəf üçün, həm alıcı həm də satıcı üçün məqbul olunan ortaq bir rəqəm var, o da 20 faizdir. İlkin olaraq vətəndaş tərəfindən bu faiz verilsin, qalan məbləğ isə bölünərək illik 9-10 faiz civarında ödənilsin. Bu addım hər iki tərəf üçün sərfəli olar. Belə olduğu halda, orta əməkhaqqı alan şəxslər, ayda misal üçün, 300 manat ödəməklə bu avtomobili ala biləcək. Bu gün isə yüksək maaş alan vətəndaşlarımız da kreditlə avtomobil almaqda çətinlik çəkirlər. Çünki kredit faizləri və şərtləri çox ağırdır”.