Bu gün Jeep şirkəti ən iri və dəbdəbəli premium ofrouderləri ilə rəqabət aparacaq modelini təqdim edib.
Beləliklə, amerikan markası mərhum Sercio Markionnenin arzusunu yerinə yetirmiş olub - FCA konserninin keçmiş rəhbərinin vəd etdiyi kimi, yeni Jeep iki versiyada - Wagoneer və Grand Wagoneer versiyalarında debüt edib.
Hər iki ofrouder Grand Cherokee L modelindən daha böyükdürlər və aparıcı kuzov yerinə rama konstruksiyasına malikdirlər. Şassi və əsas komponentlər baxımından Wagoneer ailəsi Ram 1500 pikapı ilə unifikasiya edilib.