Yaponiyanın avtomobil şirkəti “Toyota”nın səhmlərinin dəyəri artıb.
Fins.az xəbər verir ki, Toyota Motor Corporation şirkətinin bir səhminin qiyməti Nyu York birjasında 0,22% artaraq 151,8 dollar təşkil edib.
Şirkət divident ödənişini 2,79% səviyyəsində saxlayıb.
Qeyd edək ki, hazırda Toyota avtomobil şirkətinin dəyəri 247 milyard 7 milyon dollar təşkil edir. Şirkətin xalis gəliri isə 14 milyard 14 milyon dollardır.