Elon Musk-ın avtomobillər üçün 5-ci səviyyəli avtopilot sisteminin hazırlanması planları gecikəcək. Belə ki, Tesla şirkəti təsdiqləyib ki, hal hazırda və hətta uzunmüddətli perspektivdə şirkətin elektromobillərində olan kompüter ilə yolların izlənməsi sistemləri tam avtonom səyahət üçün yaramırlar. Elon Musk-ın son illər ərzində Tesla elektromobillərində təkmilləşdirimiş avtopilot sisteminin işə salınacağı bəyanatlarına baxmayaraq görünür, bu baş verməyəcək.
Musk-ın sözlərinə əsasən avtopilot sistemini 3 mərhələli inkişaf üzrə qiymətləndirmək lazımdır: Tam avtonom səyahət, sürücünün iştirakını vacib etməyən funksionallıq və nizamlayıcı orqanları sistemin lazımi səviyyədə etibarlı və təhlükəsiz olduğuna inandıracaq imkanlar. Bir neçə gün bundan öncə Tesla şirkətinin Kaliforniya ştatının nizamlayıcı orqanlarına göndərmiş olduğu məktubda qeyd edilib ki, “tam avtonom sürücülük sistemi” adına baxmayaraq şirkətin texnologiyası hələ ki, sürücünün iştirakı olmadan elektromobilin idarəsi imkanını yaratmır.
Şirkətin aktual avtopilot sistemi SAE 2 səviyyəsindədir. Bu cür avtopilot sistemi isə sürücünün daimi nəzarətini tələb edir. Baxmayaraq Tesla 5-ci səviyyəli avtopilot sisteminin bu ilin sonuna kimi işə salmağı planlaşdırır, görünür, yaxın illər ərzində tam avtonom sistemli elektromobillərin işə salınmasını gözləmək lazım deyil.