Yaponiyanın avtomobil şirkəti “Nissan”ın səhmlərinin dəyəri artıb.
Fins.az xəbər verir ki, Nissan Motor Co Ltd şirkətinin bir səhminin qiyməti NASDAQ birjasında 2,83% artaraq 11,43 dollar təşkil edib.
Şirkət divident ödənişini 6,4% səviyyəsində saxlayıb.
Qeyd edək ki, hazırda Nissan avtomobil şirkətinin dəyəri 21 milyard 77 milyon dollar təşkil edir.