AVTO

10 Mart

Audi yeni modelinin görüntülərini təqdim edib - FOTO

Audi şirkəti dördüncü elektrik krossoveri olan Q4 e-tron modelinin interyerini nümayiş etdirib. Yeni elektrokar üçün iki qeyri-adi opsiya nəzərdə tutulub: “Hey, Audi!” ifadəsi ilə aktivləşdirilən səsli köməkçi və tamamlanmış reallıq funksiyasına malik olan 70-düymlük proyeksiya ekranı. Audi Q4 e-tron krossoverinin əsasını Volkswagen ID.4 və Skoda Enyaq iV modellərinin də inşa olunduğu MEB platforması təşkil edir.

Audi şirkəti premium elektromobilin sinifdəki ən tutumlu avtomobillərdən biri olacağını vəd edir. Məsələn, Q4 e-tron modelinin baqaj bölümünün həcmi arxa oturacaqların mövqeyindən asılı olaraq 520 ilə 1490 litr arasında dəyişir, salonda isə, ümumi həcmi 24,8 litr olan bir neçə saxlanc bölməsi var. Qapılarda litrlik şüşələr üçün yuvalar nəzərdə tutulub.