Növbəti nəsil Toyota Land Cruiser ofrouderinin təqdimatı ətrafında cərəyan edən ajiotaj yeni qüvvə ilə alovlanıb. Bu dəfə, BestCarWeb nəşri yeni ofrouderin debütünün komponent çatışmazlığı səbəbindən bir ay təxirə salındığını öyrənib.
İnsayderlərin bildirdiyinə görə, tədarükçülər bəzi detalların göndərilməsini gecikdirir və bu səbəbdən də Toyota sifarişlərin qəbul edilməsini aprel-may ayına, satışları - iyul ayına, çatdırılmaları isə yayın sonuna kimi təxirə salmaq məcburiyyətində qalıb.
Problemin yeni Land Cruiser üçün nəzərdə tutulmuş çiplərin və digər elektron komponentlərin tədarükündəki gecikmələr ilə əlaqəli olduğu bildirilir.