AVTO

04 Mart

Avropada satılacaq Hyundai avtomobilinin yeni modeli təqdim edilib

Hyundai şirkətinin qlobal model çeşidindəki ən yığcam krossover 3995 millimetrlik uzunluğa malik olan Venue modelidir. Ancaq belə avtomobillər Amerika, Hindistan və Cənubi Koreyada satılır. Avropa bazrı üçün isə, şirkət başqa bir krossoveri hazırlayıb. Hətta onun üçün müvafiq bir ad da seçiblər: yeni Hyundai Bayon modeli, Fransanın cənub-qərbindəki Basklar ölkəsindəki Bayonn şəhərinin adını daşıyır.

Əslində, Bayon yeni nəsil Hyundai i20 hetçbekinin orijinal kuzovu və markanın iri krossoverlərinin üslubunda dizayna malik olan kross versiyasıdır. Krossoverin təkər bazası i20 (2580 millimetr) modeli ilə eynidir, lakin ölçüləri bir qədər böyükdür: onun uzunluğu 4180 millimetr (+ 140 millimetr), eni - 1775 millimetr (+ 11 millimetr), hündürlüyü isə 1490 (+ 40 millimetr) millimetrdir. Avtomobili 15 - 17 düym arasında ölçüləri olan təkər diskləri ilə sifariş etmək mümkündür. Bəyan edilən klirens 165, ən iri disklərlə isə 183 millimetr təşkil edir.