AVTO

03 Mart

Kia modelinin interyer şəkilləri peyda olub

Kia şirkəti yeni K8 sedanının debütünə hazırlaşır. Bir müddət bundan əvvəl, avtomobil istehsalçısı yeni modelin eksteryerinin rəsmi şəkillərini paylaşmışdı, indi isə, sedanın interyer şəkilləri ortaya çıxıb.

İnteryerin casus şəkilləri Instagram sosial şəbəkəsində yerləşdirilib K8 sedanı Kia model çərgəsindəki K7/Cadenza modelini əvəz edəcək və koreya markasının yeni dizayn üslubunu alan ilk avtomobil olacaqdır. Məsələn, sedan çərçivəsiz almaz formalı tərtibatı olan radiator barmaqlığını, ön bamperdə yerləşdirilmiş və gündüz hərəkət işıqlaırı ilə dönmə siqnalları funksiyasını yerinə yetirən dekorativ naxışları alıb. Arxa tərəfdə, qanad hissəsində vizual olaraq iki seqmentə bölünmüş bütöv üfüqi fənərlər quraşdırılıb. Bundan əlavə, avtomobil yeni ikiölçülü Kia loqotipinə sahib olub.