Hyundai şirkətinin mətbuat xidməti Ioniq 5 modelinin təqdimatından bir neçə gün sonra, Avropada 236 mindən çox insanın bu modelə “maraq nümayiş etdirdiyini” bildirib.
Üstəlik, məhdud sayda tirajla buraxılacaq Ioniq 5 Project 45 nəşrinin bütün buraxılışı, müraciətlərin qəbul edilməsinə başlanılan andan etibarən ilk 24 saat ərzində tamamilə sifariş olunub.
Hyundai nümayəndələri avropalıların öncədən sifariş edilmiş elektromobilləri çox gözləməyəcəklərinə söz verirlər - çatdırılmalar 2021-ci ilin ikinci rübünə planlaşdırılıb.