AVTO

26 Fevral

Land Rover Defender modeli yeni mühərrikinə sahib olub

Yeni Defender artıq təvazökar bir zəhmətkeş deyil, statusa malik olan və bahalı bir ofrouderdir.

Buna görə də, V8 mühərriki ilə təchiz edilmiş top versiyanın debütü yalnız zaman məsələsi idi. Artıq Land Rover Defender ofrouderinin modifikasiya çeşidində belə bir variant var. Səkkizsilindrli ofrouderi həm beşqapılı, həm də qısa üçqapılı kuzovla sifariş etmək olar. Ümumiyyətlə, səkkizsilindrli mühərriklər Defender üçün yenilik deyil.

İlk dəfə belə bir mühərrik 1979-cu ildə Land Rover Series III modelində peyda olub - bu, Rover minik avtomobillərindən götürülmüş 90 at qüvvəli 3,9-litrlik karbüratorlu mühərriki idi. Daha sonra mühərrikin gücü 135 at qüvvəsinə qədər artırıldı. Keçən əsrin 90-cı illərində Amerika bazarında satılan Defender modellərini 182 at qüvvəli 3,9-litrlik püskürtməli V8 mühərriki və "avtomat" tranmissiya ilə təchiz etməyə başladılar.