Krossoverlərin ekspansiyasına baxmayaraq, C-Class bazarda ən çox satılan Mercedes-Benz avtomobili olaraq qalır - təqaüdə göndərilən cari nəsil C-Class ailəsi yeddi il ərzində 2.5 milyon nüsxəlik tirajla satılıb.
Bu modelə olan ümidlər hələ də yüksəkdir, lakin indi alman istehsalçısı risk gedərək, modelin ən mühafizəkar təkamül yolundan uzaqlaşmağa qərar verib. Yeni C-Class modelini sonuncu nəsil S-Class modeli ilə eyni lekallara əsasən hazırlanıb. Mercedes-Benz şirkəti sedan ilə yanaşı, universal kuzovlu modeli də təqdim edib - məlumdur ki, Almaniyada (və bir sıra digər Avropa ölkələrində) C-Class modelinə olan tələbatın üçdə ikisini universallar təşkil edir.