Audi Sport bölməsi yeni RS 3 modelinin hardkor versiyası olan RS 3 LMS yarış sedanını təqdim edib.
Avtomobilin əsasını dördüncü nəsil Audi A3 sedanı təşkil edir, baxmayaraq ki, LMS versiyasının “mülki” sedanla ümumi cəhətləri çox azdır. Mühəndislər əvvəlki nəsil RS 3 LMS ilə müqayisədə hərtərəfli yaxşılaşdırmalar vəd edir, lakin məlum olduğu kimi, təkmilləşdirmıələr TCR çempionatının reqlamenti ilə məhdudlaşır.