Ford şirkəti Mondeo modelinin konsepsiyasını radikal şəkildə dəyişmək niyyətindədir.
Son 20 ildə Mondeo sedan və universallarına olan tələbat kəskin surətdə azalmağa başlayıb. Xatırladaq ki, modelin satışlarının pik həddə çatdığı 2001-ci ildə Britaniyada 86 minə yaxın Mondeo satılıb.
Bu markanın adadakı ümumi satışlarının 21 faizini təşkil edirdi.