Alman markasının ilk elektrik sedanı olan C modelinin rəsmi fotosessiyası zamanı çəkilmiş şəkilləri internetdə peyda olub. 9 fevral tarixində keçirilməsi planlaşdırılan premyeradan əvvəl yeni elektrokarın həm eksteryeri, həm də interyeri açıqlanıb.
Ümumiyyətlə, seriya e-tron GT modeli 2018-ci ildə təqdim edilmiş eyni adlı konsepti təkrarlayır, lakin sedan prototipdən detalları ilə fərqlənir. İstehsalçı e-tron GT modelini “dördqapılı kupe” adlandırır, lakin bu model rəsmi olaraq Audi A7 Sportback forma faktorunu və ölçülərini xatırladan sedandır.
Dizaynerlər seriya elektromobilində dəbdə olan LED optikanı da, maili kapotu da, habelə ön qanadlardakı bir cüt yükləmə nöqtələrini də saxlayıblar.