AVTO

02 Fevral

Bentley şirkətinin xüsusi AVTOMOBİLİ

Bentley şirkətinin Kryudakı zavodunun konveyer xəttindən Continental GT modelinin 80 mininci nüsxəsi çıxıb. .

Bentley şirkəti Continental GT ailəsinin tirajının 80.000 ədədə çatdığını elan edib. 18 illik istehsal tarixi ərzində model iki dəfə nəslini dəyişdirməyi bacarıb: 2018-ci ildən bu günə qədər Continental GT modelinin üçüncü nəsli istehsal olunur.

2003-cü ildə 6,0-litrlik W12 mühərriki və tam ötürmə ilə təchiz edilən kupe Volkswagen qrupu ilə birlikdə hazırlanmış ilk Bentley modeli olub. 80.000-ci Continental GT kupesi 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz olunub və Orange Flame parlaq narıncı rənginə boyanıb.