Jeep şirkətinə ehtiyat hissələrinin tədarük edən Quadratec firması özünün 30 illik yubileyini qeyd edir. Bu münasibətlə, firmanın qurucusu olan Ted Ventz III üçün xüsusi hədiyyə hazırlanıb.
Bu, 1989-cu ilin Wrangler YJ Sahara modelinin üslubunda görkəmə malik olan yeni Wrangler JL ofrouderidir. Quadratec hekayəsi ABŞ-ın Pennsilvaniya ştatının cənub-şərqindəki kiçik bir qarajda başlayıb. Məhz orada, şirkətin qurucusu Ted Ventz III 1989-cu ilin istehsalı olan Jeep Wrangler YJ Sahara modelinə aşiq olub və ofrouderlər üçün ehtiyat hissələrinin və aksessuarların satışı ilə məşğul olmağa qərar verib. Onun avtomobilə olan sevgisi uşaqlarına da keçib.
Onlar əlamətdar hadisəni qeyd etmək üçün, atalarına xüsusi hədiyyə hazırlamaq qərarına gəliblər və unikal Wrangler YJL Sahara modelini yaradıblar.