AVTO

01 Fevral

Tesla modellərini YENİLƏYİB

Uzun illərdir ki, adi sükan çarxının yerinə şturval quraşdırılmış ı konsept avtomobillərini görürdük, lakin heç kim belə bir şturvalı seriya avtomobillərində quraşdırmağa cəsarət etmirdi.

İlk dəfə belə şturvalı tətbiq edən əlbəttə ki, İlon Mask olub: yenilənmiş Tesla Model S və Model X elektromobillərdə əsl şturval quraşdırılıb! Doğrudur, şirkət sükan mexanizminin təkmilləşdirildiyi barədə məlumat verməyib, buna görə də, avtomobili şturvalla idarə etmənin nə qədər rahat olduğu bəzi sualları doğurur.

Beləliklə, Model S liftbeki debütündən səkkiz il sonra, ilk dəfə genişmiqyaslı modernləşdirməyə məruz qalıb. Hər il yeni versiyalar təqdim edilsə və ya lokal təkmilləşdirmələr baş versə də, yeganə xırda restaylinq 2016-cı ildə keçirilib. İndi isə Model S, eyni zamanda, dəyişmiş görkəmə, tamamilə yeni interyerə və təkmilləşdirilmiş avadanlıq siyahısına sahib olub.