AVTO

29 Yanvar

"Toyota" 82 mindən çox avtomobili geri çağırıb

"Lexus" və "Toyota" avtomobillərinin Rusiyadakı rəsmi nümayəndəsi olan "Toyota Motor" şirkəti 82 405 "Lexus LX570" və "Toyota LC200" avtomobil modellərini geri çağırıb.

Bu barədə məlumatı "Rosstandart" yayıb.

Söhbət 31 yanvar 2013-cü ildən bu günə qədər olan dövrdə istehsal olunan nəqliyyat vasitələrdən gedir. Buna səbəb ön şüşənin yuyucu mayesinin qızdırıcısını kip saxlayan rezinin zaman keçdikcə sıradan çıxma ehtimalı bildirilir ki, bu, qısaqapanmaya,ən pis halda isə yanğına gətirib çıxara bilər.

Geri çağırma proqramına daxil olan avtomobillərdə şüşə yuyucusunun forsunkaları pulsuz olaraq modernləşdirilmiş olanlarla əvəz olunacaq.