AVTO

28 Yanvar

BMW modellərin sayını azaldır

BMW şirkəti model çeşidini sadələşdirəcək və populyar olmayan avadanlıqları opsiyalar siyahısından çıxaracaqdır.

Bu, alman markasına, elektromobillərin yaradılmasına çəkiləcək xərclərin əvəzlənməsi üçün, məqbul gəlirlilik səviyyəsinə çıxmağa imkan verəcəkdir.

Reuters agentliyinə müsahibə verən BMW şirkətinin baş maliyyə direktoru Nikolas Peterin bildirdiyinə görə, elektrokarlara keçidin maliyyə baxımından şirkət üçün ağrılı olduğunu nəzərə alaraq, xərclərin azaldılması və mənfəətin artırılması üçün yeni yolların axtarılmasına ehtiyac var. Bu, qısamüddətli perspektivdə belə görünür: güc aqreqatlarının və opsiyaların sayı azaldılacaq, habelə elə də populyar olmayan funksiyalardan imtina ediləcəkdir.