AVTO

28 Yanvar

“Tesla” Model S elektromobilinin dizaynını dəyişdi

Yanvarın 27-də “Tesla” 2021-ci ilin mart ayında satışa çıxarılacaq Model S elektrikli avtomobilinin yeni dizaynını təqdim edib. Şirkət 2012-ci il buraxılışından bəri ilk dəfə modeli yeniləyəcək.

Yeni Model S elektromobilinin xarici görünüşü dəyişdirilib, modelə böyük şüşə dam əlavə edilib. Avtomobilin içərisinə daha çox dəyişiklik edilib: U-şəkilli sükan və arxa oturacaqdakı sərnişinlər üçün ekran əlavə edildi. Model 3 və Model Y-dən fərqli olaraq, yeni Model S -də sükan arxasındakı ekran götürülməyib.

Ön ekran artıq 17 düym olacaq. Onun böyüklüyü 1900*200-dən 2200*1300-dək artırılıb.

Yeni Model S-in qiyməti 79 990 dollar təşkil edəcək. Bundan əlavə, “Tesla” 390 mil (627 km) gedən və saatda 60 mil (100 km/s) sürətlə hərəkət edən Plaid versiyanı da təqdim edib. Onun qiyməti 119 990 dollar təşkil edəcək.