İkinci nəsil Mercedes-Benz GLA krossoverinin təqimatı bir il bundan əvvəl baş tutub. Bu gün isə, onun EQA indeksli tamamilə elektrik modifikasiyası debüt edib.
Hər iki avtomobil MFA platformasına əsaslanır və hətta onları kuzovu da eynidir, lakin fərqlər də çoxdur. Məsələn, ön tərəf dizaynı tamamilə dəyişdirilib: elektromobil orijinal fənərlərə və radiator barmaqlığını əvəzləyən bağlı panelə sahibdir. Arxa fənərlər işıqlandırılan zolaqla birləşdirilib və əlavə olaraq, nömrə meydançası beşinci qapıdan bamperə köçürülüb.