AVTO

18 Yanvar

"Alibaba" elektromobil bazarına daxil oldu

İnternet nəhəngi Alibaba və Çinin ən böyük avtomobil istehsalçısı "SAIC Motor", ilk elektrikli avtomobilini təqdim etdilər. “IM” (Intelligence in Motion) markası altında təqdim edilən model, Teslanın elektrikli avtomobillərinə rəqib olaraq yaradılıb.

Fins.az xəbər verir ki, bu simsiz şarj dəstəyi olan dörd qapılı sedandır. Çinin ən böyük akkumulyator istehsalçısı olan "Contemporary Amperex Technology"-dən yüksək enerji tutumuna sahib yeni bir batareya ilə təchiz edilmişdir. Çinin "Autohome" portalına görə, bir elektrikli avtomobil tək bir şarjdan 1000 km-ə qədər gedə bilər. Müqayisə üçün, Çinin ən populyar Tesla avtomobili olan "Model 3", tək yüklənmə ilə 353 mil (təxminən 570 km) qət edə bilər. Model "NVIDIA" çiplərindən də istifadə edəcəkdir. 

Bu xəbərdən sonra "Alibaba" səhmləri 3%-dən çox bahalaşıb. Bu gün "pre-market"-də isə qiymətlər 1.57% artım nümayiş etdirir