Bakı, 15 yanvar Fins.az
Bu gün Renault Group qrupu Renaulution (yəni “Renault inqilabı”) adı altında növbəti fəaliyyət strategiyasını təqdim edib.
Əvvəlki planın bir il bundan əvvəl qəbul edildiyinə baxmayaraq, 2020-ci ilin iyul ayında şirkətin rəhbərinin dəyişməsi planın yenilənməsi ilə nəticələnib. Seat şirkətindən Renault şirkətinə keçən Luka de Meo bu planları yenidən baxılmasına göstəriş verib.