Bakı, 15 yanvar Fins.az
Rusiyanın "AvtoVAZ" şirkəti sabahdan etibarən avtomobillərin modellərindən və komplektasiyasından asılı olaraq qiymətləri 10-39 min rubladək (230-900 manat) artırıb.
Ən çox bahalaşan "Lada Vesta" modeli olub.
Modelin sedan versiyası 20 min rubl (461 manat) bahalaşaraq hazırda 704 min rubldan (16 254 manat), universalın qiyməti 31 min rubl (715 manat) artaraq 791 min rubldan (18 263 manat), "Cross" isə 39 min rubl (900 manat) bahalaşaraq 906 min rubldan (20 918 manat) təklif olunur.