AVTO

15 Yanvar

Niva-ların qiymətləri BAHALAŞDI

Bakı, 15 yanvar Fins.az

Rusiyanın "AvtoVAZ" şirkəti 15 yanvar tarixindən etibarən avtomobillərin modellərindən və komplektasiyasından asılı olaraq qiymətləri 10-39 min rubladək (230-900 manat) artırıb.

"Lada Niva Legend" modeli (əvvəlki 4×4) üç və beşqapılı gövdəsindən asılı olaraq 12-14 min rubl (277-323 manat) bahalaşıb. Bu avtomobilin qiyməti müvafiq olaraq 600 min və 645 min rubldan (13 853 – 14 892 manat) başlayır.