Bakı, 5 Yanvar Fins.az
"Azərbaycanda Aİ 92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsinin avtomobil qiymtlərinə ciddi təsir edəcəyini düşünmürəm".
Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, yalnız dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində nisbi azalma ola bilər. Ekspert bildirib ki, yanacaq qiyməti heç bir halda avtomobil qiymətlərinə ciddi təsir etməyib:
“Avtomobillərin qiymətinə əsasən müyyən qərarlar təsir göstərə bilər. Məsələn, idxala tətbiq olunan müəyyən məhdudiyytlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”.