Bakı, 5 Yanvar Fins.az
Mecum hərrac evi 1972-ci ildə istehsal olunmuş Chevrolet Blazer K5 restomodunu hərraca çıxaracaq.
49 il ərzində ofrouderin yalnız iki sahibi olub, 1979-cu ildən bəri isə, avtomobildən praktiki olaraq istifadə edilmədiyi üçün, ofrouder mükəmməl vəziyyətdədir. Satışdan əvvəl ofrouder bərpa proesindən keçib və Corvette modelindən götürülmüş 6,2-litrlik V8 mühərriki ilə təchiz edilib.