Bakı, 5 Yanvar Fins.az
Keçən il BMW 5 Series sedan və universalı planlaşdırılmış restaylinqdən keçiblər.
Artıq növbə "bərkgedən" M5 modelinin yeni versiyasına çatıb - tezliklə yenilənmiş top sedanın CS indeksli versiyası debüt etməlidir. Hazırda model xəttində bu yeri BMW M5 Competition modeli tutur. BMW M bölməsinin rəhbəri Markus Flaş, yeni sedanın bir sıra eksteryer detallarını nümayiş etdirib və texniki xüsusiyyətlərini paylaşıb.