Hyundai Lafesta sedanı Çində iki il əvvəl debüt edib və bu müddət ərzində 157 mindən çox alıcısını tapıb.
Ancaq son zamanlarda modelə olan tələbat azalmağa başlayıb. Buna görə də, istehsalçı gənclərə ünvanlanmış modelin imicini gücləndirmək üçün, onun planlaşdırılmış yenilənməsini həyata keçirib.