Alfa Romeo şirkəti Stelvio krossoverinin modifikasiya çeşidini artırmağa davam edir.
Fins.az xəbər verir ki, bu dəfə italyan istehsalçısı Stelvio Veloce Ti modifikasiyasını nümayiş etdirib. Belə krossoverləri, diffuzoru olan fərqli arxa bamperi və Quadrifoglio xəttinin üslubunda tərtib edilmiş interyeri sayəsində asanlıqla tanımaq olar.