AVTO

16 Dekabr

Karantin dövründə texniki baxışdan keçməyənləri nə gözləyir?- AÇIQLAMA

Bakı 16 dekabr Fins.az

Sərtləşdirilmiş xüsusi karantin dövründə avtomobillərin texniki baxışdan keçirilməsi məsələsinə yol polisi aydınlıq gətirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov  bildirib ki, dövri texniki baxış müddəti bitmiş nəqliyyat vasitələrinin sürücülərinə heç bir güzəşt nəzərdə tutulmayıb. Sürücülər idarə etdikləri avtomobilləri texniki baxışdan keçirtmək üçün SMS vasitəsilə icazə aldıqdan sonra olduqları yerə yaxın DYP-nin texniki baxış mərkəzlərinə getməli və avtomobillərini müvafiq qaydada texniki baxışdan keçirtməlidirlər. 

Əgər texniki baxış zamanı sms icazənin vaxtı bitərsə, avtomobil texniki baxışdan keçirildikdən sonra həmin şəxsin yaşayış yerinə qayıtması üçün əlavə 2 saat vaxt veriləcək. Bu 2 saatlıq icazə isə SMS icazə sisteminə yerləşdiriləcək.

© Avtosfer