AVTO

16 Dekabr

"Formula 1": Ferrari Mercedesdən üç dəfə az pul ödəyəcək

Bakı 16 dekabr Fins.az

2021 mövsümündə "Formula 1" üzrə dünya çempionatında iştirak edəcək komandaların ödəməli olduqları mütləq üzvlük haqqının məbləğləri bəlli olub.

Üzvlük haqqının baza hissəsi 556,5 min ABŞ dollarıdır. Bundan əlavə, çempion komanda qazandığı hər xal üçün 6677 dollar, digərlərinin isə hər biri 5563 dollar ödəyəcək.

Beləliklə ən böyük məbləğ yenə çempion olan "Mercedes"in payına düşəcək. Məbləğ keçən ilə nisbətən azalacaq. Çünki 2020 mövsümündə 17 mərhələ baş tutub və xallar itirilib.

2021-ci ildə "Formula 1"də iştirak üçün komandaların üzvlük haqqları

1. "Mercedes" - 4.382 milyon dollar

2. "Red Bull" - 2,331 milyon dollar

3. "McLaren" - 1,68 milyon dollar

4. "Racing Point" - 1,641 milyon dollar

5. "Renault" - 1.563 milyon dollar

6. "Ferrari" - 1.285 milyon dollar

7. "Alfa Tauri" - 1.152 milyon dollar

8. "Alfa Romeo" - 0,601 milyon dollar

9. "Haas" - 0,573 milyon dollar

10. "Williams" - 0,556 milyon dollar.

Beləliklə, mövsümdə uğursuz çıxış edən "Ferrari", "Mercedes"dən təxminən 3,5 dəfə az pul ödəyəcək.