Audi şirkəti R8 sportkarının xüsusi versiyasını məşur Nürburqrinq yarış trekinin şərəfinə adlandırıb.
Fins.az xəbər verir ki, Alman şirkətinin marketoloqları "Şimal ilgəyinin" qeyri-rəsmi ləqəbindən istifadə ediblər - Green Hell, yəni İngilis dilindən tərcümədə "Yaşıl Cəhənnəm" . Treki ilk dəfə "Yaşıl Cəhənnəm" adlandıran şəxs Formula 1 üzrə gələcək üçqat dünya çempionu Ceki Stüart olub.