Bakı 15 dekabr Fins.az
Audi şirkəti e-tron GT elektrokarının istehsalına başladığını elan edib.
Fins.az xəbər verir ki, yeni elektrik qran turerinin istehsalı Almaniyanın Nekkarzulm şəhərindəki zavodda təşkil olunub.
Audi e-tron krossoveri Belçika və Çində istehsal olunduğu üçün, rəsmi olaraq təqdim edilməmiş e-tron GT qrand tureri Almaniyada istehsal edilən ilk elektrokardır.