Bakı, 10 dekabr Fins.az
Nissan şirkəti üçüncü nəsil Note hetçbekimi təqdim edib. Hetçbek yeni platformaya keçib, daha müasir dizayna və gücü artırılmış E-Power qurğusuna sahib olub.
Yeni Nissan Note modeli, son nəsil Renault Clio, Renault Captur və Nissan Juke əsasını təşkil edən CMF-B arxitekturasına keçib. Sələfi ilə müqayisədə modelin ölçüsü bir qədər azalıb. Note modelinin təkər bazası 20 millimetr azalaraq 2580 millimetrə bərabər olub. Yeni hetçbekin uzunluğu 4045, eni - 1695, hündürlüyü isə 1505 millimetrdir. Beləliklə, yeni hetçbek sələfindən 55 millimetr qısadır. Hetçbek 15 və 16 düymlük alüminium təkər diskləri ilə təchiz edilir.