AVTO

09 Dekabr

Pandemiya dövründə avtomobil satışları minimuma enib

Bakı, 9 dekabr Fins.az

Bu ilin noyabr ayında Böyük Britaniyada yeni avtomobillərin satışları illik nisbətdə 27,4% azalaraq 113,8 min ədədə düşüb.

Bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.

"Yeni məhdudiyyətlər səbəbindən ölkədəki satış salonlarının bağlandığı bir ayda 113 781 yeni nəqliyyat vasitəsi qeydiyyata alınıb ​​ki, bununla da satışlar 2008-ci ildə qeydə alınan səviyyəyə qayıdıb", - açıqlamada deyilir.

Eyni zamanda, SMMT qeyd edir ki, noyabr ayında avtomobil satışlarındakı azalma pandemiyanın ilk dalğası dövründəki qədər güclü deyildi - apreldə ölkədə qeydiyyata alınan avtomobillərin sayı rekord 97,3% azalmışdı.

"Bu dəfə pərakəndə satış mərkəzləri və istehsalçılar sifarişləri yerinə yetirmək üçün daha yaxşı hazırlaşıb", - açıqlamada qeyd olunub.

Həmçinin qeyd olunub ki, yanvar-noyabr aylarında Böyük Britaniyanın avtomobil bazarı illik ifadədə 30,7% azalıb, bu dövrdə ölkədə 1,5 mln. avtomobil satılıb.