AVTO

09 Dekabr

General Motors 2025-ci ilədək planlarını AÇIQLADI

Bakı, 9 dekabr Fins.az

Hummer, Cadillac ve Chevrolet kimi modelləri ilə tanınan General Motors avtomobil şirkəti tərəfindən 2025-ci ilə qədər elektrikli avtomobil bazarında möhkəmlənmək istədiyi açıqlanıb. Şirkət yaxın 5 ildə 30 elektrikli avtomobil modelini satışa təqdim edəcək.

Şirkət GMC, Hummer EV, Cadillac Lyriq ve Chevrolet kimi pikapları və Chevy kimi kompakt krossover avtomobilləri üçün elektrikli model alternativləri üzərində işləyir.

GM mövcud maliyyəni azaltmağı da hədəfləyir. Şirkət elektrikli avtomobillərdə ən bahalı texnologiya olan batareyalar üçün həll yolları tapmağı düşünür. Cari batareya xərclərinin yarısı miqdarında istehsal edilə bilən ikinci nəsil Ultium batareya prototipləri üzərində işləyən şirkət, bu batareyaları daha uzunmüddətli investisiyalar üçün qiymətləndirir. Çünki bu batareyaların 2025-ci ilə qədər hazır olmayacağı proqnozlaşdırılır.