Bakı, 3 dekabr Fins.az
Audi şirkəti yenidən avtomobil idmanı sahəsindəki maraqlarını dəyişdirir.
Formula E çempionatı artıq alman markası üçün o qədər də maraqlı deyil: iddiaya görə, Audi şirkəti üçün elektromobillik artıq gələcək deyil, bu gündür.
Buna görə də, 2021-ci il mövsümündən sonra, alman istehsalçısının bu çempionatdakı zavod komandası ləğv ediləcəkdir. Lakin istehsalçı özəl komandalara güc qurğularını stamağa davam edəcəkdir. Bunun əvəzinə isə, Audi şirkətinin Dakarda iştirak etmək planları var.