AVTO

03 Dekabr

Opel yeni loqotipini təqdim edib

Bakı, 3 dekabr Fins.az

Opel yenilənmiş iki ölçülü loqotipi və alman markasının firma sarı rəngini təqdim edib.

Bundan əlavə, alman markası Opel Next adlandırılmış öz şriftini hazırlayıb. BMW, Volkswagen və Nissan şirkətlərindən sonra, Opel də rəqəmsal əsrə sadiqliyini vurğulayaraq 3D formatlı emblemdən imtina edib.

Yeni 2D loqotipində əsas aksent firma ildırımına edilib. Sonuncu incə halqa sayəsində daha önəçıxan olub. Opel nümayəndələrinin sözlərinə görə, yeni loqotip “markanın innovativliyini və mobilliyini” tərənnüm edir.