Bakı, 1 dekabr Fins.az
Finlyandiyada ictimaiyyətə gələcəyin erqonomikası ilə tanış ediblər.
Fins.az xəbər verir ki, ideya müəlliflərinin bildirdiyi kimi, nou-hau üçüncü səviyyəli pilotsuz nəqliyyat vasitələri - yəni, marşrut üzrə müstəqil şəkildə hərəkət edə bilən avtomobillər üçün nəzərdə tutulub.
Belə sistemin mövcudluğu sürücünü minimum müşahidəçiyə, maksimum isə sərnişinə çevirdiyi üçün, standart erqonomik həllərin yenidən nəzərdən keçirilməsinə tələbat yaranır. Lakin, Finlandiyadan olan mütəxəssislər xırda işdən başlayıblar: onlar oturacaqların idarə olunması düymələrini daxili qapı tutacaqlarına keçiriblər.