Bakı, 01 dekabr Fins.az
Bunu Əmlak məsələləri üzrə ekspert Ramil Osmankı deyib.
R.Osmanlı bildirib ki, Vətən müharibəsinin başlanması və cəmiyyətin bütün diqqətinin Vətən müharibəsinə yönəlməsi avtomobil bazarında alqı-satqı əməliyyatarının çox kəskin azamasına gətirib çıxardı:
"Çox şükürlər olsun ki, döyüşlər Azərbaycanın qələbəsi ilə bitib, ancaq hələki avtomobil bazarında ciddi dinamik dəyişiklik müşahidə olunmur. Amma nisbi də olsa, aktivlik müşahidə olunmaqdadır. Düzdür, bu aktivlik hələki qiymətlərə təsir göstrməyib. Son bir ay ərzində avtomobil bazarında əhəmiyyətli qiymət dəyişməsi müşahidə olunmayıb".
R.Osmanlının sözlərinə görə, əvvəlki tendensiyalara uyğun olaraq qiyməti təqribən 70-80 min manatdan yuxarı olan avtonəqliyyat vasitələrində nisbi qiymət azamaları, təqribən 2-3 faiz civarında müşahidə olunub:
"Bu da həmin avtomobillərə marağın tədricən azalması ilə bağlıdır. Yəqin ki, qiymət dinamikası istiqamətində əsas prosesləri biz bu ilin sonu növbəti ilin əvvəli müşahidə edəcəyik. Adətən il dəyişməsində qiymətlərin qısamüddətli azalması müşahidə olunur. Çünki ən azı avtomobilin müddət baxımından ili dəyişmiş, yəni köhnəlmiş sayılır və bu da təbii ki, qiymətə təsir göstərən amildir, ancaq bu qısamüddətli bir dövrdə baş verir.
Sonrakı aylarda isə yeni avtomobillərin bazara daxil olması tədricən prosesin aktivləşməsinə gətirib çıxarır və qiymtlərin artımı baş verir".
©trend