Bakı, 27 noyabr Fins.az
Nissan şirkəti üçüncü nəsil Note hetçbekimi təqdim edib.
Fins.az xəbər verir ki, hetçbek yeni platformaya keçib, daha müasir dizayna və gücü artırılmış E-Power qurğusuna sahib olub.
Yeni Nissan Note modeli, son nəsil Renault Clio, Renault Captur və Nissan Juke əsasını təşkil edən CMF-B arxitekturasına keçib. Sələfi ilə müqayisədə modelin ölçüsü bir qədər azalıb.