Növbəti nəsil Genesis G90 sedanı lazer məsafəölçəni ilə təchiz edilən ilk seriya avtomobili olacaqdır.
Üç növ sensorundan, o cümlədən kameralar və radarlardan istifadə olunması, SAE şkalasına görə üçüncü səviyyəli avtonom idarəetmə sisteminin tətbiqinə imkan verəcəkdir. Bu barədə məlumatı "TheKoreanCarBlog" saytı verib. Saytın bildirdiyinə görə, Genesis G90 modelinin növbəti nəsli ön kamera, radar və iki ədəd lazer məsafəölçəni ilə təchiz olunacaqdır. Avadanlıq təchizatçıları olaraq Mando və Velodyme şirkətləri çıxış edəcəkdirlər. Hər üç sistem Hyundai Motor tərəfindən hazırlanmış proqram-hesablama platformasının nəzarəti altında vahid kompleksdə birləşdiriləcəkdirlər. Bu kompleks 3-cü səviyyəli avtopilotu tətbiq etməyə imkan verəcəkdir. Xatırladaq ki, 3-cü səviyyəli avtopilot sürücünü əllərinin daima sükan çarxında, diqqətinin isə yolda olmasını tələb etmir.