Yaponiyanın Mag-X nəşrinin bildirdiyinə görə, Lexus flaqman LS sedanının mühərrik çeşidinə səkkizsilindrli və dördsilindrli aqreqatlar daxil ediləcəkdir.
Yapon istehsalçısı V8 mühərrikini elektrikləşdirməklə yanaşı, LS 600 h indeksini də bərpa edəcəkdir. Bundan başqa, sedanın baza modifikasiyasının təchiz ediləcəyi dördsilindrli turbomühərrikin modelin başlanğıc qiymətini azaldacağı da gözlənilir. Yapon mətbuatı Lexus LS modelinin yeni versiyalarının xüsusiyyətləri barədə məlumat verməyib. Güman etmək olar ki, restaylinqdən sonra top təchizat səviyyəsinə malik olan sedan, hazırda LC yarış kupesində sınaqdan keçirilən yeni 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikini alacaqdır. Güc qurğusunun hasilatının 600 at qüvvəsinə çatacağı təxmin edilir.