Məlum olduğu kimi, Toyota şirkəti fevral ayında ABŞ bazarı üçün nəzərdə tutulmuş yenilənmiş GR Supra modelini təqdim etmişdi.
Yenilənmiş sportkar 3,0-litrlik turbomühərrik və təkmilləşdirilmiş şassisi ilə təchiz edilmişdi. İndi isə, kupenin oxşar versiyası Yaponiya bazarında debüt etməyə hazırlaşır. Yeniləmə bənzər proqram üzrə həyata keçirilib: kupenin görünüşü dəyişməsə də, Supra trekdə daha sürətli olub. Yenilənmiş Toyota GR Supra kupesi restaylinqdən əvvəlkidən fərqi daha güclü 3,0-litrlik altısilindrli BMW B58 mühərrikidir: yeni ikiaxınlı kollektor və porşenlərin tətbiqi nəticəsində mühərrikin hasilatı 340-dan 387 at qüvvəsinə (495-dən 499 Nm-ə) yüksəlib. Səkkiz pilləli avtomatik ötürmələr qutusu isə dəyişilməz qalıb. Yenilənmiş kupe 100 km/saat həddinə artıq 4,3 saniyəyə deyil, 4,1 saniyəyə sürətlənir.