Tanınmış belçikalı dizayner Lyuk Donkervolke, Kia və Hyundai markalarının, həmçinin Genesis premium subbrendinin baş dizayneri vəzifəsini tərk etmək qərarına gəlib.
Fins.az xəbər verir ki, Donkervolke şirkətdən ayrılmasının səbəbinin şəxsi qərarı olduğunu bildirib. Keçmiş baş dizayner şirkətdə çalışmağın "böyük bir şərəf" olduğunu və ona "mütərəqqi fikirləri ilə adi çərçivələrdən kənara çıxmasına" imkan verən Cənubi Koreya konserninə minnətdarlığını bildirib. Hyundai-Kia qrupuna keçməzdən əvvəl, Donkervolke Volkswagen konsernində çalışıb. Onun rəhbərliyi altında Hyundai Kona və Palisade modelləri yaradılıb. Ayrıca, baş dizayner Genesis markasının korporativ dizayn üslubunu da yaradaraq, markanın ilk krossoveri olan GV80 modelinin dizaynı üzərində də çalışıb. Eyni zamanda, şirkətdən Donkervolkenin sələfinin olmayacağı bildirilib. Konsern hər üç markanın duzaynına cavabdeh olan direktor vəzifəsini ləğv etmək qərarına gəlib: Hyundai və Genesis markalarının dizayn bölməsinə Sanq Yup Li rəhbərlik edəcəkdir. Kərim Həbib isə, Kia şirkətinin baş dizayneri olaraq qalacaqdır.